Öldüyü deyilirdi, Çində üzə çıxdı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və komaya düşdüyü barədə yayılan iddialardan sonra onun Çinə səfər etdiyi bildirilir.
“Yeni Sabah” xəbər verir ki, Cənubi Koreyanın Yonhap xəbər agentliyinin hökumət mənbəyinə istinadən yaydığı məlumata görə, Kim Çen In oktyabrın 24-də Çinlə Şimali Koreyanı birləşdirən yeni körpü vasitəsilə Çinin Dandun şəhərinə gəlib.
“Reuters” agentliyi də xəbəri yayıb. Məlumata görə, səfər yeni istifadəyə verilən Amnok çayı körpüsü vasitəsilə həyata keçirilib. Dominos pizza
Xatırladaq ki, oktyabrın 20-də Kim Çen Inın beyin qanaması keçirdiyi, komaya düşdüyü və daha sonra öldüyü barədə sosial şəbəkələrdə iddialar yayılmışdı. Həmin iddialarda onun müalicə üçün Pekinə aparıldığı da bildirilirdi. Lakin bu məlumatları təsdiqləyən hər hansı sübut təqdim edilməmişdi.
Oktyabrın 23-də isə Cənubi Koreya kəşfiyyatının parlament komitəsinə Kim Çen Inın ölümü ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirdiyi barədə məlumat yayıldı. Bundan əvvəl Şimali Koreyanın dövlət mediası da liderin oktyabrın 19-da sərgi ziyarət etdiyini əks etdirən fotolar yayımlamışdı.
Kim Çen Inın Çinə səfərinin məqsədi və Çin rəsmiləri ilə görüşüb-görüşməyəcəyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 24 Oktyabr 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















