Icma.az, Lent az saytına istinadən bildirir. Ölüm anında beynimizdə nə baş verir?
Beynin kimyəvi fəaliyyəti, klinik ölüm yaşayan insanların bildirdiyi təcrübələri izah edə bilərmi?
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ölmək həyatın əsas tərəfi olsa da, biz ölərkən beyində baş verənlər haqqında demək olar ki, heç nə bilmirik.
Nevroloq Cimo Borjiqin bunu təxminən 10 il əvvəl "tamamilə təsadüfən" kəşf edib.
"Biz siçanlar üzərində təcrübə aparırdıq və əməliyyatdan sonra beyinlərində baş verən neyrokimyəvi ifrazatları izləyirdik", - Borjiqin müsahibələrinən birində deyib.
Birdən iki siçan ölüb. Borjiqin siçanların beyinlərindəki ölüm prosesini də müşahidə etmək imkanı əldə edib.
"Bir siçanın beyninə böyük miqdarda serotonin buraxıldı. Bu siçan halüsinasiyalar görürdü?" Əhval-ruhiyyəni tənzimləyən kimyəvi serotonini g
"Həftə sonu ədəbiyyat araşdırmasına başladım, düşündüm ki, bunun bir izahı olmalıdır.