Ölkə ərazisində duman müşahidə olunur | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.
Duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.
Dumanlı hava Bakıda və Abşeron yarımadasında eyni zamanda Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala, Şabranda görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu