Ölkə ərazisində duman müşahidə olunur
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.
Duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb.
Dumanlı hava Bakıda və Abşeron yarımadasında eyni zamanda Şahbuz, Naxçıvan, Culfa, Quba, Qusar, Sabirabad, Yevlax, Cəfərxan, Neftçala, Şabranda görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşmasına səbəb olub.

Ölkə ərazisində yağıntılı hava müşahidə olunur
29 Noyabr 2024 10:13
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur
14 Noyabr 2024 09:41
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur
14 Yanvar 2025 13:25
Ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur
02 Mart 2025 10:16

