Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Təəssüflər olsun ki, mühüm siyasi və digər uğurlu proseslərlə başladığımız 2024-cü il bitmək üzərəykən hər birimizi dərin sarsıntı və üzüntüyə boğdu.
Belə ki, cari ilin 25 dekabr tarixində Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus Embraer tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edərkən faciə yaşanmışdır.67 nəfərin-5 ekipaj və 62 sərnişinin olduğu təyyarə qəzasındasərnişinlərin yarısı dünyasını dəyişmişdir.Bütün Azərbaycanı dərin hüznə boğan müəmmalı təyyarə qəzasının Rusiya ərazisində, daha dəqiq desək Qroznı səmasında baş verməsi cəmiyyətimizdə insanlarımızı haqlı olaraq çox narahat etmişdir.
Çünki sağ qalmış sərnişinlər tərəfindən qəzadan əvvəl lentə alınmış görüntülər və qəzadan sonra təyyarə qalıqları üzərindəki qəlpə izləri təyyarəyə silahlı hücum olduğunu sübut edir.
Bundan əlavə araşdırılma zamanı bəlli olmuşdur ki, silahlı hücuma məruz qalan təyyarəni nə Qroznı, nəMinvod, nə də ki, Mahaçqala hava limanlarına eniş etməyə imkan verilməmişdir.
Bundan əlavə təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətəsalınmışdır.
Təyyarə Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau hava limanına yollanmağa məcbur olmuşdur.
Əlbətdə ki, baş verənlər Azərbaycan xalqında haqlı suallar yaratmış və bunun səbəblərinin araşdırılması tələb olunmuşdur.