Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Ölkə prezidenti cənab İlham Əliyevin göstərdiyi siyasi iradə baş vermiş faciənin örtbasdır edilməsinin qarşısını alacaq ​

Ölkə prezidenti cənab İlham Əliyevin göstərdiyi siyasi iradə baş vermiş faciənin örtbasdır edilməsinin qarşısını alacaq ​

Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təəssüflər olsun ki, mühüm  siyasi və digər uğurlu proseslərlə başladığımız 2024-cü il bitmək üzərəykən hər birimizi dərin sarsıntı və üzüntüyə boğdu. Belə ki, cari ilin 25 dekabr tarixində Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus Embraer tipli təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edərkən faciə yaşanmışdır.67 nəfərin-5 ekipaj və 62 sərnişinin olduğu təyyarə qəzasındasərnişinlərin yarısı dünyasını dəyişmişdir.


Bütün Azərbaycanı dərin hüznə boğan müəmmalı təyyarə qəzasının Rusiya ərazisində, daha dəqiq desək Qroznı səmasında baş verməsi cəmiyyətimizdə insanlarımızı haqlı olaraq çox narahat etmişdir. Çünki sağ qalmış sərnişinlər tərəfindən qəzadan əvvəl lentə alınmış görüntülər və qəzadan sonra təyyarə qalıqları üzərindəki qəlpə izləri təyyarəyə silahlı hücum olduğunu sübut edir. Bundan əlavə araşdırılma zamanı bəlli olmuşdur ki, silahlı hücuma məruz qalan təyyarəni nə Qroznı, nəMinvod, nə də ki, Mahaçqala hava limanlarına eniş etməyə imkan verilməmişdir. Bundan əlavə təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətəsalınmışdır. 
Təyyarə Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau hava limanına yollanmağa məcbur olmuşdur. Əlbətdə ki, baş verənlər Azərbaycan xalqında haqlı suallar yaratmış və bunun səbəblərinin araşdırılması tələb olunmuşdur. Bütün bu qaranlıq məqamların və sualların aydınlaşması üçün kütləvi informasiya vasitələrində ciddi müzakirələr aparılır və müxtəlif fərziyyələr irəli sürülürdü.


Belə bir məqamda hər kəsi dərin kədərə qərd edən faciənin səbəblərinin aydınlaşması istiqamətində dövlət rəhbərimiz tərəfindən dərhal komissiya yaradıldı və yerində müşahidə aparmaq üçün faciə baş verən əraziyə göndərildi. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, faciə barədə məlumatı ölkə prezidenti cənab İlham Əliyev MDB Zirvə görüşündə iştirak etmək üçünSankt-Peterburqa uçarkən təyyarədə almışdır. Dərhal geri qayıtmış və faciənin araşdırılması üçün təxirəsalınmaz tapşırıqvermişdir.

Beynəlxalq normalara görə təyyarə qəzaları hansı ölkənin hava məkanında baş verirsə bu hadisəyə görə də cavabdeh həmin o ölkədir. Bu qəzada Rusiya ərazisində baş verdiyinə görə cavabdeh və məsuliyyət daşıyan ölkə Rusiyadır. Təəssüf doğurucu məqamlardan biri də odur ki, hadisənin yaşandığı gündən 3 gün ərzində Rusiya tərəfindən üzrxahlıq edilməmiş, əksinə qəza ilə bağlı müxtəlif cəfəngiyah fərziyyələr irəli sürülmüşdür.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbləri bəllidir. Faciəyə görə qarşı tərəf üzr istəməli, məsuliyyəti öz üzərinə götürməli, dəymiş zərərə görə kompensasiya ödəməli və hadisəni törədənləri cinayət məsuliyyətinə cəlb etməlidirlər. 

Hər birimiz baş vermiş faciənin yaşandığı ilk andan cənab Prezident İlham Əliyevin qətiyyətinin və sərt mövqeyinin şahidi olduq. Bu qətiyyət sayəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə zəng edərək üzrxahlığını ifadə etmişdir. Ümid edirik ki, yaxın günlərdə Rusiya dövləti Azərbaycanın digər haqlı tələblərini də yerinə yetirəcəkdir.

Hal-hazırda təyyarənin qara qutusunun oxunması üçün beynəlxalq ekspertlər dəvət olunub və bu proses davam edir. Qara qutu tam oxunduqdan sonra ictimaiyyətə yekun dolğun məlumat veriləcəkdir. Bu sözləri hava limanında Prezident İlham Əliyev həyatını itirmiş ekipaj üzvləri ilə vida mərasimində iştirak edərkən Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirib.

Təyyarə qəzasında insan təlafatını minimuma endirmək üçün təyyarə ekipajının göstərdiyi qəhrəmanlığı sözlərlərlə ifadə etmək mümkünsüzdür. İdarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etmişlər. Öz həyatları naminə sərnişinlərin həyatlarını qurtarmağa çalışmaları sözün əslmənasında qəhrəmanlıq nümunəsidir.


Ölkə prezidenti İlham Əliyev tərəfindən dünyasını dəyişən iki pilot və baş bələdçiyə Azərbaycanın Milli Qəhrəmanı adının, digər sağ qalan iki ekipaj üzvünə isə 1-ci dərəcəli Rəşadət ordeninin verilməsi xalqımız tərəfindən

yüksək dəyərləndirilir.


Allah faciə nəticəsində dünyasını dəyişən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin, sağ qalanlara isə Allahdan şəfa diləyirik.


Tanrı Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan xalqını qorusun.


Eldəniz Zeynalov Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://missiya.az
archiveBu xəbər 30 Dekabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri