Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə rəhbərinin, Azərbaycan Prezidentinin müsahibələrinin hər zaman böyük marağa səbəb olması heç də təsadüfi deyil.
Ona görə ki, dövlət başçımızın nikbin yanaşmalar fonunda səsləndirdiyi tezislər, məhz regionda və dünyada mövcud vəziyyətə konseptual baxışı öz aydınlığı, konkretliyi ilə maraq doğurmaya bilməz və rəğbətlə qarşılanması da tamamilə məntiqi hesab olunur.
Məhz cənab Prezidentin yerli televiziya kanallarına verdiyi sonuncu müsahibə də eyni şəkildə maraqla və rəğbətlə qarşılanıb, çünki təkzibelməz arqumentlərlə zəngin olan həmin müsahibə diqqətdən yayınan deyil.
Öz gücü ilə qələbə qazanan, yeni reallıqlar yaradan ölkənin müstəqil siyasət yürütməyə qadir olduğunun bütün dünyaya xatırladılması ciddi mesajdır Dövlət başçısının 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına veridiyi müsahibənin bütün məqamlarını tamamilə vurğulamaq və tam şəkildə əhatə etmək sözsüz ki, mümkün deyil.
Lakin istərdik ki, bir sıra məqamlar barədə fikirlərimizi bölüşək və bununla belə əminik ki, istər Azərbaycan cəmiyyəti, istərsə də dünya ictimaiyyəti üçün ölkə rəhbərimizin vurğuladıqları kifayət qədər anlaşılandır.
Həmçinin hər kəs yaxşı bilir ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, reallıqları diqqətə çatdırır və faktlara, arqumentlərə istinadən qeyd olunanlar məhz bu baxımdan da diqqətdən yayına bilməz.
Xüsusən də diqqətdən yayına bilməyən məqam məhz yeni dünya düzəninin formalaşmasının Cənubi Qafqaza münasibətdə hansı təsirinin olacağını rəsmi Bakının müşahidəçi şəkildə gözləməyəcəyinin vuğrulanması diqqəti cəlb edir.