Icma.az
close
up
RU
Ölkə rəhbərinin verdiyi CİDDİ MESAJLAR VƏ DƏRS

Ölkə rəhbərinin verdiyi CİDDİ MESAJLAR VƏ DƏRS

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə rəhbərinin, Azərbaycan Prezidentinin müsahibələrinin hər zaman böyük marağa səbəb olması heç də təsadüfi deyil. Ona görə ki, dövlət başçımızın nikbin yanaşmalar fonunda səsləndirdiyi tezislər, məhz regionda və dünyada mövcud vəziyyətə konseptual baxışı öz aydınlığı, konkretliyi ilə maraq doğurmaya bilməz və rəğbətlə qarşılanması da tamamilə məntiqi hesab olunur. Məhz cənab Prezidentin yerli televiziya kanallarına verdiyi sonuncu müsahibə də eyni şəkildə maraqla və rəğbətlə qarşılanıb, çünki təkzibelməz arqumentlərlə zəngin olan həmin müsahibə diqqətdən yayınan deyil.

Öz gücü ilə qələbə qazanan, yeni reallıqlar yaradan ölkənin müstəqil siyasət yürütməyə qadir olduğunun bütün dünyaya xatırladılması ciddi mesajdır

Dövlət başçısının 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına veridiyi müsahibənin bütün məqamlarını tamamilə vurğulamaq və tam şəkildə əhatə etmək sözsüz ki, mümkün deyil. Lakin istərdik ki, bir sıra məqamlar barədə fikirlərimizi bölüşək və bununla belə əminik ki, istər Azərbaycan cəmiyyəti, istərsə də dünya ictimaiyyəti üçün ölkə rəhbərimizin vurğuladıqları kifayət qədər anlaşılandır. Həmçinin hər kəs yaxşı bilir ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, reallıqları diqqətə çatdırır və faktlara, arqumentlərə istinadən qeyd olunanlar məhz bu baxımdan da diqqətdən yayına bilməz. Xüsusən də diqqətdən yayına bilməyən məqam məhz yeni dünya düzəninin formalaşmasının Cənubi Qafqaza münasibətdə hansı təsirinin olacağını rəsmi Bakının müşahidəçi şəkildə gözləməyəcəyinin vuğrulanması diqqəti cəlb edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz müsahibəsi zamanı əslində çox ciddi mesajlar verib və bunun fərqində olanlar kifayət qədərdir. Həmin mesajlarda ölkəmizin məhz öz gündəmini davam etdirəcəyi çatdırılmaqla yanaşı, xüsusən də, Azərbaycanın Cənubi Qafqazda yeni nəqliyyat və enerji xəritəsi yaradan lider ölkə ölduğu vurğulanır ki, bunun nə demək olduğu hər kəsə gün kimi aydındır. Hər kəsə aydındır ki, hər cür təzyiqlərə, təhdidlərə və təhlükələrə baxmayaraq, öz gücü, öz qüdrəti hesabına ərazi bütövlüyünü bərpa edən, artıq nəinki regionda yeni reallıqlar yaradan, hətta yeni dünya düzəninə töhfələr verən Azərbaycan müstəqil siyasət yürütməyə qadir ölkədir və məhz bu həqiqəti ölkə rəhbərimiz yerli telekanallara sonuncu müsahibəsi zamanı bütün dünya ictimaiyyətinə bir daha xatırladıb. Hər halda, dünya tarixində öz ərazi bütövlüyünü müstəqil şəkildə, təkbaşına həll edən Azərbaycandan başqa ikinci bir ölkənin olmamasını bilənlər həmin xatırlatmanı yaxşı başa düşürlər.

Kəskin şəkildə bildirilir ki, Azərbaycan regionun taleyi ilə oynamaq istəyənlərə qətiyyən imkan verməyəcək

Cənubi Qafqazın lider ölkəsinin rəhbəri cənab İlham Əliyev yerli telekanallara verdiyi müsahibəsində bir daha diqqətə çatdırıb ki, Ermənistan hələ də regionda sülhün və sabitliyin təmin olunmasına ancaq maneə törədir. Dünya ictimaiyyəti bu mesajı çox yaxşı başa düşür və artıq tam şəkildə anlaşılır ki, işğalçı ölkə hələ də sülhün, əmin-amanlığın, sabitliyin əleyhinədir və işğalçılıq Ermənistan üçün hələ də dövlət siyasəti olaraq qalmaqdadır. Əslində, bununla dövlət rəhbərimiz yerli telekanallara müsahibəsi zamanı, Türkiyə ilə Azərbaycan arasında Ermənistanın məhz coğrafi maneə rolunu oynamamalı olduğu barədə bildirib ki, bunun özü də ciddi bir mesajdır. Məhz ilk öncə işğalçı ölkəyə, ardınca da həmin ölkəyə havadarlıq edən, işğalçılıq siyasətini dəstəkləyən, işğalçılara silah-sursat verib qızışdıran ölkələrə, məsələn, Fransa, ABŞ kimi ölkələrə ünvanlanan bu mesaj tamamilə yerinə düşür. Amerikalılar da, fransızlar da yaxşı başa düşürlər ki, coğrafi maneə olmamalıdır ifadəsi nəyə işarədir və hər halda, bunun nə dərəcədə ciddi mesaj olması bəllidir.

Diqqətə çatdıraq ki, yerli telekanallara verdiyi müsahibəsi zamanı Ermənistanla bağlı müşahidə edilən silahlanma prosesini Cənubi Qafqaz üçün yeni təhlükə faktoru hesab etdiyini də Azərbaycan Prezidentinin qeyd etməsi heç də təsadüfi sayıla bilməz. Əlbəttə ki, bu məqamdan “öz hesabını gedənlər” var, hansıki bilirlər ki, Azərbaycan heç də regionun taleyinə biganə qalmayacaq və dövlət başçımız da bunun fonunda xüsusi mesajlar verib. Mesaj da zənnimizcə, məhz rəsmi Bakının həmin silahlanmaya və regionda sülhə təhdid olan məsələlərə müşahidəçi, eləcə də fəaliyyətsiz qalmayacağı mesajıdır. Bir növ, bununla kəskin şəkildə bildirilir ki, Azərbaycan regionun taleyi ilə oynamaq istəyənlərə qətiyyən imkan verməyəcək. Xüsusən də başa salınır ki, Ermənistan silahlanmanı dərhal dayandırmalı və silahları işğalçı ölkəyə tədarük edənlər də öz hesablarını gedərək, özlərinin provokativ niyyətlərindən əl çəkməlidirlər, verdikləri silahları da geri qaytarmalıdırlar.

Bir sıra suallara Ermənistan tərəfinin cavab verməli olduğunu xatırladan dövlət başçısı həm dərs, həm də ciddi mesajlar verdi

Qeyd olunan son müsahibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti Zəngəzur dəhlizi ilə bağlı da mövqeyinin qətiyyətli olduğunu bir daha isbatladı. Zəngəzur dəhlizinin açıq olmalı olduğunu və mütləq açılacağını belə vurğulayan dövlət başçımız əlsində, bununla da bildirib ki, rəsmi İrəvan bu həqiqəti, bu zərurəti nə qədər tez başa düşsə, özü üçün bir o qədər yaxşı olar. Ölkə rəhbərimizin ünvanladığı sualın da son dərəcə məntiqi olması həqiqətən də düşündürücüdür və Ermənistan tərəfi məhz nə qədər və niyə gözləməliyik, sualının məntiqi cavabını verməli olduğunu anlamalıdır. Anlamalıdır ki, artıq bir çox “suallara” cavab vermək məsuliyyətini daşıyır və geç-tez cavab verməli olacaq. Məhz elə bu məqam cənab Prezidentin müsahibəsi zamanı böyük məharətlə qonşu ölkənin, Ermənistanın diqqətinə çatdırılır və bir növ, qarşı tərəfə ölkə rəhbərimiz tərəfindən “dərs” verilir.

Cənab Prezident yerli televiziya kanallarına verdiyi müsahibəsində azərbaycanlıların öz doğma yurd-yuvalarına, Qərbi Azərbaycana köçürülməsinin vacibliyini də diqqətə çatdırır və bununla da növbəti dəfə öz qətiyyəti ilə, siyasi iradəsi ilə bildirir ki, bu məqam da reallaşdırılacaq, bir zamanlar Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində didərgin düşənlər öz yaşadıqları, sahibi olduqları yerlərə mütləq qayıdacaqlar. Əslində, bu qayıdış məsələsi ilə bağlı ölkə rəhbərimizin sözləri erməni cəmiyyətində ciddi qarşılanmaya bilməz, çünki həmvətənlərimizin, bir vaxtlar Qarabağdan köçkün düşən vətəndaşlarımızın öz yurd-yuvalarına geri qaytarılacaqları, qayıdışı ilə bağlı dövlət başçımızın öz vədini necə reallaşdırdığına haylar artıq əmin olublar və indi də dediklərini yaxşıca “dərk etmək” heç də çətinlik törətməz. Daha dəqiq desək, ölkə rəhbərimizin öz müsahibəsi zamanı verdiyi ciddi mesajları “lazım olan tərəf” çox yaxşı başa düşür və bu baxımdan da görürük ki, həmin mesajlar tam hədəfə ünvanlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see189

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see155

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see140

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see139

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see138

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see137

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri