Ölkədə 1,10 manata satılan benzini Türkiyəyə 70, Əfqanıstana isə 92 qəpiyə satırıq

22.10.2025

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xarici ölkələrdən 83 min ton “Aİ-92” markalı (“Regular”) benzin idxal edilib.
Yeniavaz.com
-un rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 59 sent (1 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan “Aİ-92” markalı benzini 3 ölkədən – Rusiya, Rumıniya və Belarusdan idxal edib:
- Rusiyadan – 64 min 834,5 ton (1 litri – 98 qəpik);
- Rumıniyadan – 3 670 ton (1 litri – 1 manat 5 qəpik);
- Belarusdan – 14 min 496,9 ton (1 litri – 1 manat 13 qəpik).
Qeyd edək ki, Azərbaycan “Aİ-92” markalı benzini həm də ixrac edib. Belə ki, Azərbaycan bu ilin ilk 8 ayında 3 ölkəyə – Türkiyə, Əfqanıstan və Gürcüsatana “Aİ-92” markalı benzin satıb:
- Türkiyəyə – 3 min 65,7 ton (1 litri – 70 qəpik);
- Əfqanıstana – 2 min 297,7 ton (1 litri – 92 qəpik);
- Gürcüstana – 1 093,6 ton (1 litri – 95 qəpik).
Onu da qeyd edək ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin topdansatış tarifi bir litr üçün 98 qəpiyə, pərakəndə satış tarifi isə bir litr üçün 1,10 manata qaldırılıb.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью