Ölkədə 1,10 manata satılan benzini Türkiyəyə 70, Əfqanıstana isə 92 qəpiyə satırıq
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana xarici ölkələrdən 83 min ton “Aİ-92” markalı (“Regular”) benzin idxal edilib.
Yeniavaz.com-un rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, Azərbaycanın xaricdən idxal etdiyi “Aİ-92” markalı benzinin 1 litrinin orta gömrük dəyəri 59 sent (1 manat) olub.
Məlumat üçün bildirək ki, Azərbaycan “Aİ-92” markalı benzini 3 ölkədən – Rusiya, Rumıniya və Belarusdan idxal edib:
- Rusiyadan – 64 min 834,5 ton (1 litri – 98 qəpik);
- Rumıniyadan – 3 670 ton (1 litri – 1 manat 5 qəpik);
- Belarusdan – 14 min 496,9 ton (1 litri – 1 manat 13 qəpik).
Qeyd edək ki, Azərbaycan “Aİ-92” markalı benzini həm də ixrac edib. Belə ki, Azərbaycan bu ilin ilk 8 ayında 3 ölkəyə – Türkiyə, Əfqanıstan və Gürcüsatana “Aİ-92” markalı benzin satıb:
- Türkiyəyə – 3 min 65,7 ton (1 litri – 70 qəpik);
- Əfqanıstana – 2 min 297,7 ton (1 litri – 92 qəpik);
- Gürcüstana – 1 093,6 ton (1 litri – 95 qəpik).
Onu da qeyd edək ki, ötən ilin 1 iyul tarixindən etibarən Azərbaycanda “Aİ-92” markalı benzinin topdansatış tarifi bir litr üçün 98 qəpiyə, pərakəndə satış tarifi isə bir litr üçün 1,10 manata qaldırılıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Azərbaycan “Aİ 92”ni Türkiyəyə 70 qəpiyə satıb
14 Avqust 2025 15:30
Azərbaycan benzini Rusiyadan 1 manata alır, Türkiyəyə 71 qəpiyə satır
20 May 2025 09:43
Azərbaycan Əfqanıstana “AI 92” markalı benzinin tədarükünə başlayıb
18 Sentyabr 2025 17:50
70 qəpiyə satılan ölüm içkiləri
11 İyul 2025 23:49
Moskvanın Əfqanıstana geoloji
06 Dekabr 2024 12:55
Baxış sayı:84
Bu xəbər 22 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















