Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Azərbaycanda elektriklə işləyən məişət cihazlarına tələbat hər il artır.
Ötən 5 ildə insanlar bu məhsullara xərclədiyi vəsaiti 435 milyon manat artırıb.
Bəs niyə Azərbaycanda bu məhsulların istehsalını qurmaq mümkün olmur?
Daxili tələbat bu qədər yüksəkdirsə, investorlar niyə zavod qurmaqda maraqlı deyillər?
Yerli məhsulun idxal mallarından daha baha başa gəlməsinin əsas səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, elektriklə işləyən məişət cihazlarının əhəmiyyətli hissəsinin idxal olunması ölkənin xarici ticarət balansına və valyuta axınına birbaşa təsir göstərir: "Xüsusilə də bazarda tanınmış brend şirkətlərin məhsullarının üstünlük təşkil etməsi idxaldan asılılığı daha da artırır.
Halbuki region ölkələrində bu tip məişət cihazlarını istehsal edən çoxsaylı müəssisələr mövcuddur və bu sahədə kifayət qədər təcrübə, texnologiya və kadr potensialı formalaşıb.
Bu reallıqları nəzərə alaraq demək olar ki, Azərbaycan da məişət cihazlarının yerli istehsalını mərhələli şəkildə təşkil etmək imkanına malikdir.