Ölkədə elektriklə işləyən məişət cihazlarının istehsalını qurmaq mümkündür ? İQTİSADÇI AÇIQLADI
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda elektriklə işləyən məişət cihazlarına tələbat hər il artır. Ötən 5 ildə insanlar bu məhsullara xərclədiyi vəsaiti 435 milyon manat artırıb. Bəs niyə Azərbaycanda bu məhsulların istehsalını qurmaq mümkün olmur? Daxili tələbat bu qədər yüksəkdirsə, investorlar niyə zavod qurmaqda maraqlı deyillər? Yerli məhsulun idxal mallarından daha baha başa gəlməsinin əsas səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, elektriklə işləyən məişət cihazlarının əhəmiyyətli hissəsinin idxal olunması ölkənin xarici ticarət balansına və valyuta axınına birbaşa təsir göstərir:
"Xüsusilə də bazarda tanınmış brend şirkətlərin məhsullarının üstünlük təşkil etməsi idxaldan asılılığı daha da artırır. Halbuki region ölkələrində bu tip məişət cihazlarını istehsal edən çoxsaylı müəssisələr mövcuddur və bu sahədə kifayət qədər təcrübə, texnologiya və kadr potensialı formalaşıb. Bu reallıqları nəzərə alaraq demək olar ki, Azərbaycan da məişət cihazlarının yerli istehsalını mərhələli şəkildə təşkil etmək imkanına malikdir. Ölkənin sənaye parkları, logistika imkanları, daxili bazarın həcmi və artan istehlak tələbi bu istiqamətdə əlverişli zəmin yaradır. İlkin mərhələdə elektrik çaydanları, paltaryuyan maşınların ayrı-ayrı hissələri, kondisionerlər, soyuducular və kiçik məişət texnikası kimi məhsulların yığımı və istehsalı mümkün ola bilər.
Xüsusilə qardaş ölkə ilə əməkdaşlığın qurulması bu prosesdə mühüm rol oynaya bilər. Texnologiya transferi, birgə müəssisələrin yaradılması, təcrübə mübadiləsi və ixtisaslı kadr hazırlığı istehsalın daha sürətli və səmərəli təşkilinə şərait yaradar. Bu cür əməkdaşlıq həm də məhsulların keyfiyyətinin beynəlxalq standartlara uyğun olmasını təmin edər və gələcəkdə ixrac imkanlarını genişləndirər. Yerli istehsalın təşkili birmənalı şəkildə idxalın azalmasına, ölkədən çıxan valyutanın müəyyən hissəsinin ölkə daxilində qalmasına səbəb olar. Bununla yanaşı, yeni iş yerlərinin açılması, sənaye potensialının güclənməsi, kiçik və orta sahibkarlığın inkişafı və qeyri-neft sektorunun şaxələndirilməsi baxımından da mühüm töhfələr verər. Uzunmüddətli perspektivdə isə Azərbaycan regional məişət cihazları istehsalçısına çevrilə və daxili bazarla yanaşı, qonşu ölkələrə də məhsul ixrac edə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 21 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















