Ölkədə hakim çatışmazlığı var Milli Məclisin üzvü

20.02.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda hakim çatışmazlığı problemi sahibkarlar üçün ciddi çətinlik yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, hakimlərin sayı kifayət qədər deyil və onlar gün ərzində 10-15 işə baxmaqla müraciət edənlərin şikayət yükü altında əzilməkdədirlər. Bu, işlərin tam və düzgün qiymətləndirilməsinə imkan vermir.

Deputat əlavə edib ki, bu durum, xüsusilə bank girovu ilə bağlı məsələlərdə sahibkarların problemlərini artırır.

“Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödədikdən sonra banklar əmlakı girovdan çıxarmır və sahibkar yenidən məhkəməyə müraciət etməli olur” – deyə Fazil Mustafa bildirib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью