Ölkədə hakim çatışmazlığı var Milli Məclisin üzvü
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda hakim çatışmazlığı problemi sahibkarlar üçün ciddi çətinlik yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, hakimlərin sayı kifayət qədər deyil və onlar gün ərzində 10-15 işə baxmaqla müraciət edənlərin şikayət yükü altında əzilməkdədirlər. Bu, işlərin tam və düzgün qiymətləndirilməsinə imkan vermir.
Deputat əlavə edib ki, bu durum, xüsusilə bank girovu ilə bağlı məsələlərdə sahibkarların problemlərini artırır.
“Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödədikdən sonra banklar əmlakı girovdan çıxarmır və sahibkar yenidən məhkəməyə müraciət etməli olur” – deyə Fazil Mustafa bildirib.
Əli Hüseynov
Baxış sayı:164
Bu xəbər 20 Fevral 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















