Ölkədən çıxışına qadağa qoyuldu

22.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Mabel Matiz kimi tanınan türkiyəli müğənni Fatih Karaca “Ha Leylim” mahnısının sözləri və klipi ilə bağlı başladılan istintaq çərçivəsində ifadə verib.

“Qafqazinfo”nun xəbərinə görə, İstanbul Baş Prokurorluğunun başlatdığı istintaqın səbəbi mahnının sözləri və klipdəki vizual məzmunun Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsizlik” cinayəti ilə əlaqəli hesab edilməsidir.

Müğənni ifadə vermək üçün Çağlayandakı İstanbul Məhkəmə Sarayına gəlib. Prokurorluqda ifadəsi alındıqdan sonra o, məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə növbətçi məhkəməyə göndərilib.

Məhkəmə F.Karacanı xaricə səyahət qadağası şərti ilə azadlığa buraxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью