Ölkədən çıxışına qadağa qoyuldu
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Mabel Matiz kimi tanınan türkiyəli müğənni Fatih Karaca “Ha Leylim” mahnısının sözləri və klipi ilə bağlı başladılan istintaq çərçivəsində ifadə verib.
“Qafqazinfo”nun xəbərinə görə, İstanbul Baş Prokurorluğunun başlatdığı istintaqın səbəbi mahnının sözləri və klipdəki vizual məzmunun Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsizlik” cinayəti ilə əlaqəli hesab edilməsidir.
Müğənni ifadə vermək üçün Çağlayandakı İstanbul Məhkəmə Sarayına gəlib. Prokurorluqda ifadəsi alındıqdan sonra o, məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə növbətçi məhkəməyə göndərilib.
Məhkəmə F.Karacanı xaricə səyahət qadağası şərti ilə azadlığa buraxıb.
Bu mövzuda digər xəbərlər:Ölkədən çıxışına qadağa qoyuldu
12 Sentyabr 2025 20:07
Baxış sayı:155
Bu xəbər 22 Avqust 2026 04:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















