Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi.
Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir.
Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır.
Prezident İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi, həm də gələcəyə ünvanlanan etimadın təsdiqidir.
Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir.
Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur.