Icma.az
close
up
RU
Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir birilərinə dəstək verirlər

Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir birilərinə dəstək verirlər

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyevin bəyanatı həm iki qardaş dövlətin münasibətlərinin dərinliyini, həm də regional sabitliyin və yeni geosiyasi reallıqların istiqamətini müəyyən edən strateji baxışı əks etdirdi. Dövlətimizin başçısının “Qazaxıstan bütün dünyada etibarlı tərəfdaş, milli maraqları çərçivəsində siyasət yürüdən dövlət kimi həm də yaxşı dostdur” fikri diplomatik ehtiramla yanaşı, Türk dünyasının birliyinə əsaslanan siyasi təfəkkürün ifadəsidir. Bu fikrin arxasında həm ortaq tarixi köklər, həm də bugünkü strateji məqsədlər dayanır. Prezident İlham Əliyevin “xalqımız üçün ən ağır dövrlərdə biz Qazaxıstanın qardaş dəstəyini hiss etmişik” deməsi, həm də gələcəyə ünvanlanan etimadın təsdiqidir. Bu bəyanat göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri ideya və dəyərlər birliyinə əsaslanan strateji tərəfdaşlıq modelidir.

Bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur.

Azərbaycana gəldikdə, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib

Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır;

Geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir.

Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Təbii ki, bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir.

“Prezident İlham Əliyev bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya artıq vahid coğrafi məkan çərçivəsində çıxış edir. Bu yanaşma yeni regional arxitekturanın siyasi əsaslarını müəyyənləşdirir. Azərbaycan–Qazaxıstan tandemi bu sistemin təməl sütunlarından biridir. Əgər ötən onilliklərdə bu əlaqələr daha çox iqtisadi və mədəni əməkdaşlıq üzərində qurulurdusa, bu gün artıq təhlükəsizlik, nəqliyyat, enerji və sülh məsələlərini əhatə edən kompleks strateji modelə çevrilib. Prezident İlham Əliyevin Qazaxıstanda səsləndirdiyi bəyanat bir daha göstərdi ki, Azərbaycan artıq regional oyunçu deyil, qlobal proseslərdə fəal rol oynayan, lider dövlətdir. Bu liderlik dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipial mövqeyi və milli maraqlara əsaslanan diplomatiya fəlsəfəsi üzərində qurulub. Azərbaycan bu gün Cənubi Qafqazda sabitliyin, sülhün və iqtisadi inteqrasiyanın əsas təminatçısıdır.

Vüqar İsmayılov

Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see166

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see131

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri