Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. Pilotsuz uçan apartların (PUA) müasir müharibələrdə rolu artıb.
Azərbaycan ordusu İkinci Qarabağ müharibəsi zamanı PUA-lardan geniş şəkildə istifadə etdi.
Azərbaycan ordusu sürətlə irəliləyərkən, dronlar da separatçılara zərbələr endirirdi.
İnternetdə indiyənə qədər həmin görüntüləri izləmək olar. Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı yeni formalaşan Azərbaycan ordusu erməni separatçılarının mövqelərini öyrənmək üçün təmas xəttinin o biri tərəfinə kəşfiyyatçıları göndərirdisə və bunun böyük riskləri var idisə, ikinci müharibədə kəşfiyyat məlumatlarını toplamaq məqsədilə dronlar istifadə edilməyə başlanıldı: “Azərbaycanın təcrübəsi müxtəlif ölkələrin hərbi qurumlarında öyrənilir.
Rusiya-Ukrayna müharibəsində də dronlardan geniş şəkildə istifadə olunur.
Milyonlarla dollar qiyməti olan tankları və zirehli texnikanı daha ucuz qiymətə hazırlanan dronlar vasitəsilə məhv etmək mümkündür.
Hazırda Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələrin əksəriyyəti dronlar vasitəsilə həyata keçirilir.