Icma.az
close
up
RU
Ölkələrin ən çox axtardığı silah İlk dəfə Ordumuz tətbiq eləmişdi

Ölkələrin ən çox axtardığı silah İlk dəfə Ordumuz tətbiq eləmişdi

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Pilotsuz uçan apartların (PUA) müasir müharibələrdə rolu artıb. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsi zamanı PUA-lardan geniş şəkildə istifadə etdi. Azərbaycan ordusu sürətlə irəliləyərkən, dronlar da separatçılara zərbələr endirirdi. İnternetdə indiyənə qədər həmin görüntüləri izləmək olar.

Globalinfo.az  xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı yeni formalaşan Azərbaycan ordusu erməni separatçılarının mövqelərini öyrənmək üçün təmas xəttinin o biri tərəfinə kəşfiyyatçıları göndərirdisə və bunun böyük riskləri var idisə, ikinci müharibədə kəşfiyyat məlumatlarını toplamaq məqsədilə dronlar istifadə edilməyə başlanıldı:

“Azərbaycanın təcrübəsi müxtəlif ölkələrin hərbi qurumlarında öyrənilir.

Rusiya-Ukrayna müharibəsində də dronlardan geniş şəkildə istifadə olunur. Milyonlarla dollar qiyməti olan tankları və zirehli texnikanı daha ucuz qiymətə hazırlanan dronlar vasitəsilə məhv etmək mümkündür. Hazırda Rusiya və Ukrayna arasında qarşılıqlı zərbələrin əksəriyyəti dronlar vasitəsilə həyata keçirilir. Eyni anda havaya yüzlərlə dron qaldılır, onların əksəriyyəti hava müdafiə sistemləri vasitəsilə neytrallaşdırılsa da, hədəfə dəyənlər də az deyil.

Müharibə yeni başlayanda Rusiyanın keyfiyyətli dronları olmadığından Kreml İrana müraciət etdi. Bundan sonra İran texnologiyaları əsasında Rusiya ərazisində dron istehsal edən zavod fəaliyyətə başladı. Ukraynanın özü də müharibənin ilk günlərində dronları Türkiyədən alırdı. Həmin dronlar yüksək keyfiyyətə malik olduğunu İkinci Qarabağ Müharibəsində sübut etmişdi. Müharibənin üçüncü ilində Ukrayna müxtəlif modifikasiyalı dronlar istehsal edir”.

Elxan Şahinoğlu bildirib ki, dronların əhəmiyyətinə dair sonuncu nümunə Suriyadır:

“Silahlı müxalifət uzun müddət İdlib şəhərinə sığınmışdı. Əsəd ordusu Rusiya və İranın dəstəyi ilə müxalifətin daha geniş əraziləri nəzarətə götürməsinə imkan vermirdi. “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının sürətlə irəliləməsində Rusiya, İran və “Hizbullah”ın obyektiv səbəblərdən Əsədə dəstəklərinin zəiflməsinin rolu oldu. Ancaq müşahidəçilər HTŞ-nin Hələbi ələ keçirməsində PUA-lardan istifadənin də rolunun olduğunu bildirirlər. HTŞ dronlar vasitəsilə Əsəd qoşunlarının Hələb və ətrafındakı mövqelərinin zəiflədiyini görərək, məhz bundan sonra hücum qərarı verib.

Dronlar yalnız müharibələrdə istifadı olunmur. Müxtəlif dövlətlər başqa dövlətlərin sirlərini öyrənmək üçün də dronlardan istifadə edir. Çin vətəndaşının ABŞ-ın Kaliforniya ştatında yerləşən hərbi bazası üzərinə dron qaldırdığına dair məhkəmə işi bu gün də davam edir. 39 yaşlı Çin vətəndaşı ABŞ-ın San-Fransisko şəhərindən ölkəsinə qayırdarkən, hava limanında həbs olunub. Çinlinin çantasından dron vasitəsilə çəkilmiş hərbi bazaya aid şəkillər və görüntülər aşkarlanıb. Həmin bazadan İlon Maska məxsus raketlərin kosmik uçuşları da həyata keçirilir.

Ötən il isə ABŞ səmasında Çinə məxsus kəşfiyyatçı şarlar aşkar edilmişdi. Bu hadisə böyük qalmaqala səbəb olmuş, ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpinlə əvvəlcədən razılaşdırdığı görüşü təxirə salmışdı. Bu səbəblərdən bir sıra ölkələr PUQ satışlarının qanunvericiliklə tənzimlənməsinə çalışır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri