Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Futbol klublarının başlıca məqsədi qatıldıqları liqa, kubok və digər bu kimi turnirlərdə yüksək nəticələr əldə etməkdir.
Bəzi komandalar məhz buna görə məşhur futbolçulara milyonlar xərcləməkdən çəkinmir.
Dünyanın ən çox titul qazanan klubları isə daha çox Avropada yer alır.
Yenisabah.az Avropanın TOP-5 liqalarında ən çox kubok qazanmış komandaları oxuculara təqdim edir: İspaniya – “Real Madrid” (68 kubok) FİFA-nın “XX əsrin komandası” elan etdiyi “Real Madrid” İspaniyanın ən çox kubok qazanan klubudur.
“Kral klubu” tarixi ərzində 36 “La Liqa”, 20 Kral kuboku, 12 İspaniya superkuboku, 15 Çempionlar Liqası, 2 UEFA kuboku, 6 UEFA Superkuboku, 3 Qitələrarası kubok, 5 FİFA Klublar Dünya kubokunu qazanıb.
İngiltərə - “Liverpul” (68 kubok) Futbolun vətəni hesab olunan İngiltərə, eyni zamanda, hər zaman yüksək səviyyəli klubları ilə tanınıb.
Premiyer Liqanın ağaları hesab olunan “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”, “Çelsi”, “Mançester Siti” kimi komandalar arasında ən titullu olanı isə məhz “mersisaydlılar”dır.