Icma.az
close
up
RU
Ölkələrinin ən titullu klubları: Kim neçə kubok qazanıb? Yeni Sabah

Ölkələrinin ən titullu klubları: Kim neçə kubok qazanıb? Yeni Sabah

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol klublarının başlıca məqsədi qatıldıqları liqa, kubok və digər bu kimi turnirlərdə yüksək nəticələr əldə etməkdir. Bəzi komandalar məhz buna görə məşhur futbolçulara milyonlar xərcləməkdən çəkinmir. Dünyanın ən çox titul qazanan klubları isə daha çox Avropada yer alır.

Yenisabah.az Avropanın TOP-5 liqalarında ən çox kubok qazanmış komandaları oxuculara təqdim edir:

İspaniya – “Real Madrid” (68 kubok)

FİFA-nın “XX əsrin komandası” elan etdiyi “Real Madrid” İspaniyanın ən çox kubok qazanan klubudur. “Kral klubu” tarixi ərzində 36 “La Liqa”, 20 Kral kuboku, 12 İspaniya superkuboku, 15 Çempionlar Liqası, 2 UEFA kuboku, 6 UEFA Superkuboku, 3 Qitələrarası kubok, 5 FİFA Klublar Dünya kubokunu qazanıb.

İngiltərə - “Liverpul” (68 kubok)

Futbolun vətəni hesab olunan İngiltərə, eyni zamanda, hər zaman yüksək səviyyəli klubları ilə tanınıb. Premiyer Liqanın ağaları hesab olunan “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”, “Çelsi”, “Mançester Siti” kimi komandalar arasında ən titullu olanı isə məhz “mersisaydlılar”dır. “Liverpul” bütün turnirlər daxil olmaqla, 68 kubok qazanıb. O bu nəticə ilə “Mançester Yunayted”in cəmi 1 kubok öndədir.

İtalya – “Yuventus” (71 kubok)

Apennin yarımadasının Avropadakı əfsanəsi “Milan” olsa da, İtaliya daxilində qazandığı kubokların hesabına ən titullu komandası “Yuventus”dur. “Qoca sinyora”nın aktivində nə az nə çox, düz 71 kubok var. “Yuventus” bu baxımdan əzəli rəqibləri olan “Milan” (51) və “İnter”i (46) xeyli geridə qoymağı bacarıb. 

Almaniya – “Bavariya” (83 kubok)

"Almaniya futbolu" dedikdə ağla gələn ilk ad, sözsüz ki, “Bavariya”dır. Münhen təmsilçisi ölkə daxilində bütün turnirləri sözün əsl mənasında “fermer çempionatı” edib. 124 illik tarixində 83 kubok əldə edən klub əzəli rəqibləri olan “Borussiya Münhenqladbax”, “Borussiya Dortmund” və “Bayer Leverkuzen” kimi klublardan dəfələrlə çox titul qazanıb. “Bavariya”nın 3 Çempionlar Liqası kuboku da var.

Fransa – “PSJ” (49 kubok)

Son illər Avropa futbolunda özü haqqında söz açdıran “PSJ” Fransa daxilindəki “Lyon”-“Marsel” hegemonluğunu alt-üst etməyi bacarıb. Fransa liqasında 12 çempionluq qazanan parislilər ümumən 49 kubokun sahibidir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri