Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məlumdur ki, ölkəmizin dünya xəritəsində yerləşdiyi coğrafi mövqe asan bölgə hesab edilmir.
Qafqazın qəlbində böyük güclərin maraqlarının toqquşduğu, siyasi və iqtisadi gərginliklərin daim dəyişdiyi bir məkanda yerləşən ölkəmiz bütün bu mürəkkəb geosiyasi mənzərəyə baxmayaraq, öz milli maraqlarını qoruyur və beynəlxalq münasibətlərdə fəal rol oynayır.
Bu gün Azərbaycanın xarici siyasəti təkcə müdafiəyə deyil, eyni zamanda irəliyə, əməkdaşlığa, strateji tərəfdaşlıqlara əsaslanır.
Qeyd edək ki, bu siyasətin ən bariz nümunələrindən biri də Azərbaycan ilə Çin Xalq Respublikası arasında qurulan münasibətlərdir.
2019-cu ilin 24 aprelində Pekində keçirilən və tarixi əhəmiyyət daşıyan görüş zamanı Prezident İlham Əliyev Çin lideri Si Cinpinə söyləyib: "Siz qeyd etdiniz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyirxah dostu kimi tanıyırlar.
Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik...". Bu sözlər diplomatiya tariximizin, Azərbaycanın Şərqə böyük strateji baxışının ifad
Xüsusilə qeyd etməliyik ki, Azərbaycan böyük güclərin kölgəsində qalmaq əvəzinə, öz səsini ucaldan, beynəlxalq münasibətlərdə etibarlı tərəf