Ölkəmizin investisiya cəlbediciliyi | Icma.az
Icma.az bildirir, Xalq qazeti portalına istinadən. Son illər dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınan Azərbaycan Respublikası hə
Ölkəmizin enerji ehtiyatları ilə zənginliyi, beynəlxalq nəqliyyat qovşaqlarının üzərində yerləşməsi onun regionda və dünyada əhəmiyyətini ge
Məhz bunun nəticəsidir ki, dünyanın bir sıra ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın xarici sərmayələr üçün açıq olması, ölkəmizdə yaradılan əlverişli biznes mühiti dünyanın bir sıra nüfuzlu şirkətlərinin marağını getdikcə daha çox cəlb edir.
Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa səfər edən Prezident İlham Əliyevin burada keçirdiyi çoxsaylı görüşlər zamanı da ölkəmizin əlverişli investisiya məkanı olması vurğulanır.
Yanvarın 20-də Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı görüşdə də bu barədə geniş və əhatəli danışılıb.
Hazırda sərmayədarların getdikcə daha çox sabitliyə, davamlılığa və uzunmüddətli gəlirlərə diqqət yetirdiklərini vurğulayan moderatorun bu gün Azərbaycanın əsas strateji investisiya prioritetlərinin nədən ibarət olması ilə bağlı sualını cavablandıran dövlətimizin başçısı enerji sektorunun uzun illər ölkəmiz üçün əsas prioritet olduğunu diqqətə çatdırıb.
Azərbaycanın enerji ehtiyatlarının iqtisadi nailiyyətləri artırmağa, insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, artıq enerji layihələrinin böyük hissəsinin tamamlanmasına baxmayaraq, imkanlar geniş olduğundan ölkəmiz bu sahədə fəaliyyətini davam etdirir.
Tam oxu
Xəbəri oxu