Icma.az
close
up
RU
Ölkəmizin investisiya cəlbediciliyi

Ölkəmizin investisiya cəlbediciliyi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Son illər dünyada sabitlik və təhlükəsizlik adası kimi tanınan Azərbaycan Respublikası həm də iqtisadi əməkdaşlıq üçün geniş imkanlara malikdir. Ölkəmizin enerji ehtiyatları ilə zənginliyi, beynəlxalq nəqliyyat qovşaqlarının üzərində yerləşməsi onun regionda və dünyada əhəmiyyətini getdikcə artırır.

Məhz bunun nəticəsidir ki, dünyanın bir sıra ölkələri ilə Azərbaycan arasında əməkdaşlıq artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın xarici sərmayələr üçün açıq olması, ölkəmizdə yaradılan əlverişli biznes mühiti dünyanın bir sıra nüfuzlu şirkətlərinin marağını getdikcə daha çox cəlb edir.

Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün Davosa səfər edən Prezident İlham Əliyevin burada keçirdiyi çoxsaylı görüşlər zamanı da ölkəmizin əlverişli investisiya məkanı olması vurğulanır. Yanvarın 20-də Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı görüşdə də bu barədə geniş və əhatəli danışılıb. Hazırda sərmayədarların getdikcə daha çox sabitliyə, davamlılığa və uzunmüddətli gəlirlərə diqqət yetirdiklərini vurğulayan moderatorun bu gün Azərbaycanın əsas strateji investisiya prioritetlərinin nədən ibarət olması ilə bağlı sualını cavablandıran dövlətimizin başçısı enerji sektorunun uzun illər ölkəmiz üçün əsas prioritet olduğunu diqqətə çatdırıb.

Azərbaycanın enerji ehtiyatlarının iqtisadi nailiyyətləri artırmağa, insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, artıq enerji layihələrinin böyük hissəsinin tamamlanmasına baxmayaraq, imkanlar geniş olduğundan ölkəmiz bu sahədə fəaliyyətini davam etdirir. Yeri gəlmişkən, dövlətimizin başçısı tədbirdən öncə “Euronews” televiziya kanalına müsahibəsi zamanı Azərbaycanın Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları regionun digər ölkələrinə ixrac edən yeganə dövlət olduğunu bildirib. Ölkəmizin Avropa və Avropa İttifaqı ilə enerji əməkdaşlığının getdikcə artmaqda olduğunu diqqətə çatdıran İlham Əliyevin sözlərinə görə, hazırda təbii qaz ixrac edilən 16 ölkənin 10-u Avropa İttifaqının üzvüdür. Bu isə o deməkdir ki, boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir: “Biz təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikik. Bizim bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Bizim üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, biz qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır”, – deyə Prezident əlavə edib.

Məlum olduğu kimi, Azərbaycan uzun illərdir ki, dünyanın qaz ixrac edən ölkələrinin sırasına qoşulub. 2006-cı ilin sonlarında istismara verilmiş zəngin “Şahdəniz” yatağından çıxarılan təbii qaz artıq 19 ildir ki, ölkəmizin ixrac potensialının artmasına mühüm töhfələr verir. Əvvəlcə Gürcüstan və Türkiyəyə ixrac edilən “mavi yanacaq” 2020-ci il dekabr ayının son günündən etibarən Cənub Qaz Dəhlizinin sonuncu seqmenti sayılan Trans-Adriatik boru kəməri ilə Avropa bazarına çıxarılır.

Yeri gəlmişkən, “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə ölkəmizin siyasi iradəsi və nüfuzu sayəsində bu sahədə həyata keçirilən genişmiqyaslı işlərdən bəhs edən Prezident İlham Əliyev deyib: “Bunu etmək asan deyildi. Çünki biz boru kəmərinin keçdiyi bütün ölkələrin hökumətləri ilə ev sahibi ölkəsi müqavilələrini, kommersiya şərtlərini və tarifləri razılaşdırmalıydıq. Biz bunu etdik. Artıq boru kəməri 5 ildir ki, fəaliyyət göstərir. Neft boru kəməri bundan əvvəl çəkilmişdir. Biz 2006-cı ildə Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan əsas ixrac boru kəmərinin açılışını etdik”.

Qeyd olunub ki, ötən il Azərbaycan 25 milyard kubmetrdən artıq təbii qaz ixrac edib ki, bunun da, təqribən, 13 milyard kubmetri Avropaya çatdırılıb və bu rəqəm artacaq. Bunun isə Avropa İttifaqının xahişi əsasında həyata keçirildiyini bildirən dövlətimizin başçısı Rusiya–Ukrayna müharibəsinin başlamasından sonra Avropa İttifaqı Komissiyasının Prezidentinin Bakıya səfəri çərçivəsində enerji sektorunda strateji tərəfdaşlıqla bağlı sənədin imzalandığını və bununla Avropaya qaz təchizatının həcminin iki dəfə – ovaxtkı 8 milyard kubmetrdən 16 milyard kubmetrə qədər artırmaqla bağlı razılıq əldə olunduğunu xatırladıb.

Prezident İlham Əliyev daha sonra əlavə edib: “Beləliklə, 3 ildən artıq bir dövrdə biz bu rəqəmi, təxminən, 13 milyard kubmetrə çatdırmışıq və həcm artacaqdır. Birincisi, bizim ixtiyarımızdakı mövcud və yeni qaz yataqlarından əldə ediləcək həcmlər olacaq və bununla bağlı razılaşma əldə edilib. Digər tərəfdən, bərpaolunan enerjinin istehsalı bizə böyük qaz həcmlərinə qənaət etməyə imkan verəcək. Yəni 8 giqavat həcmində bərpaolunan enerji bizə 3-4 milyard kubmetr qaza qənaət etmək imkanı verəcəkdir ki, həmin qaz da Avropaya nəql edilə bilər”.

Dövlət başçısının sözlərinə görə, hazırda əsas prioritet qeyri-enerji sektoru, yəni neft və qazdan kənar sahələrlə bağlı olduğundan iqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün son dərəcə vacib məsələdir: “Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Artıq iki iri bərpaolunan enerji elektrik stansiyasını istismara vermişik və növbəti 6 il ərzində günəş və külək enerjisi üzrə istehsal gücümüzü əhəmiyyətli dərəcədə artıracağıq. Başqa sözlə, 2032-ci ilə qədər günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük. İlk yer artıq müəyyən edilib”.

Azərbaycanın yaxın illərdə “yaşıl enerji”ni ixrac etmək niyyətində olduğunu vurğulayan Prezident İlham Əliyev ötürücü xətlərə investisiya qoyuluşuna ümid etdiyini bildirib. Qeyd olunub ki, enerjinin ucuz olması, əlavə potensialın mövcudluğu ölkəmizi sərmayədarlar üçün əsas mərkəzlərdən birinə çevrilə bilər. Yaxın 6 il ərzində bu göstəricinin 8 giqavata çatacağını və regionda heç bir ölkənin belə bir imkana malik olmadığını diqqətə çatdıran İlham Əliyevin fikrincə, hazırda əksər ölkələrin idxaldan asılı olduğu, bəzilərinin, hətta enerji çatışmazlığı ilə üzləşdiyi bir şəraitdə məlumat mərkəzləri üçün maksimum səmərəliliyin əldə oluna biləcəyi yer məhz Azərbaycandır.

Bununla yanaşı, Azərbaycanın faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süni intellektə və məlumatlar mərkəzlərinə sərmayə qoyuluşunun Avropa şirkətlərinin marağında olduğunu vurğulayan dövlətimizin başçısı strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında Prezident Trampla birlikdə imzaladıqları tarixi sənəddən sonra ABŞ şirkətləri ilə əməkdaşlığın heç zaman olmadığı qədər intensivləşdiyini söyləyib. Prezident İlham Əliyev artıq yekunlaşmaq mərhələsində olan strateji tərəfdaşlıq xartiyasının gələn ay imzalanacağına ümid etdiyini bildirib. Diqqətə çatdırılıb ki, həmin tarixi sənədə məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir sıra digər sahələr daxildir.

Nəhayət, Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində əməkdaşlıqda yeni mərhələyə qədəm qoyduğunu vurğulayan dövlətimizin başçısı 2025-ci il avqust ayının 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə göndərilən 4 nümayəndə heyətinin hamısının yaxşı nəticələrlə qayıtmasının ölkəmiz üçün ABŞ-dan birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacağına və avropalı tərəfdaşlarımızın da bu məsələdə geri qalmayacağına ümidvar olduğunu bildirib.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see278

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see270

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see258

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see257

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see252

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see247

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see244

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see233

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see225

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see218

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see208

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see208

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see205

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see203

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see194

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see194

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see186

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see186

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see172

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri