Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. 2025-ci il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 49.4 mlrd.
ABŞ dollarına çatıb.“AzPolitika” bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.Qeyd olunur ki, ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3.8 faiz çoxdur.
Bu dövr üzrə ixracın həcmi 5.7 faiz azalaraq 25.04 mlrd. dollara düşüb. İdxal isə 15.8 faiz artaraq 24.4 mlrd.
dollara yüksəlib.Bu isə xarici ticarət saldosuna mənfi təsir edib. Ötən il xarici ticarətin müsbət saldosu 8.3 dəfə azalaraq 663 mln.
dollara enib. 2024-cü ildə bu rəqəm 5.5 mlrd. dollar təşkil etmişdi.Rəsmilər idxalın artmasını, əsasən, ölkənin qızıl alışı ilə izah edirlər
Amma müstəqil iqtisadçılar vurğulayırlar ki, səbəblər daha çoxdur.
Qeyd edək ki, ötən il Azərbaycana xarici ölkələrdən 2.4 milyard dollara yaxın avtomobil, 2.7 milyard dollar civarında isə ərzaq gətirilib.
Statistikaya görə, ölkənin ixracının 85 faizi neft və qazın payına düşür. Ötən il Azərbaycanda həm neft hasilatı azalıb, həm də o ucuzlaşıb.