Ölkənin idxalı və ixracı bərabərləşir Xarici ticarətdə müsbət saldo 8.3 dəfə azalıb
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 49.4 mlrd. ABŞ dollarına çatıb.
“AzPolitika” bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd olunur ki, ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 3.8 faiz çoxdur. Bu dövr üzrə ixracın həcmi 5.7 faiz azalaraq 25.04 mlrd. dollara düşüb. İdxal isə 15.8 faiz artaraq 24.4 mlrd. dollara yüksəlib.
Bu isə xarici ticarət saldosuna mənfi təsir edib. Ötən il xarici ticarətin müsbət saldosu 8.3 dəfə azalaraq 663 mln. dollara enib. 2024-cü ildə bu rəqəm 5.5 mlrd. dollar təşkil etmişdi.
Rəsmilər idxalın artmasını, əsasən, ölkənin qızıl alışı ilə izah edirlər. Amma müstəqil iqtisadçılar vurğulayırlar ki, səbəblər daha çoxdur. Qeyd edək ki, ötən il Azərbaycana xarici ölkələrdən 2.4 milyard dollara yaxın avtomobil, 2.7 milyard dollar civarında isə ərzaq gətirilib.
Statistikaya görə, ölkənin ixracının 85 faizi neft və qazın payına düşür. Ötən il Azərbaycanda həm neft hasilatı azalıb, həm də o ucuzlaşıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft istehsal olunub, onu 22 milyon tona qədəri ixrac edilib və əsasən Avropa ölkələrinə satılıb. Sözgüdən ildə Azərbaycanın qaz istehsalı da 50 milyard kub metri keçib, onun 22 milyard kub metri ixrac edilib.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















