Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Və ya günəş sönmür, ulduza çevrilir “Ölüm bu dünyanın o üzündədir, Bu üzü dünyanın güldür, çiçəkdir” Bir çoxumuzun nəğmə kimi xatırladığı bu sətirlər ölümü deyil, əbədi sevgini ifadə edir əslində.
Həyatın bu üzündə çiçəklər açır, gülüşlər eşidilir. Bir gün isə həmin gülüşləri bizə bəxş edənlərin gülüşləri xatirələrimizdə canlanır.
Ancaq sevilən biri xatirələrdə və qəlbdə yaşadıqca ruhən dünyanın o üzünə - ölümlü üzünə keçmir.
Əsrlərdir sevgi fərqli əsər və fikirlərlə ifadə edilir. Bəs, onlar bizə sevgini öyrədə bilərmi? Xeyr, əlbəttə.
Onlarla həmin duyğunun sadəcə bir qismini duya bilərik. Bu duyğunu bizə öyrədən isə ailəmiz olur.
Onlar təbiəti, vətəni, bir sözlə bütün dünyanı sevməyi anladır.
Bütün bu sevgiləri duymaq üçün insan sevməyi bacarmaq lazım olduğunu hiss etdirir. Sevginin dilini də ana dili kimi anamızdan öyrənirik.