Icma.az
close
up
RU
Ölməzlik məhəbbət zirvəsindədir

Ölməzlik məhəbbət zirvəsindədir

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Və ya günəş sönmür, ulduza çevrilir

“Ölüm bu dünyanın o üzündədir,

Bu üzü dünyanın güldür, çiçəkdir”

Bir çoxumuzun nəğmə kimi xatırladığı bu sətirlər ölümü deyil, əbədi sevgini ifadə edir əslində. Həyatın bu üzündə çiçəklər açır, gülüşlər eşidilir. Bir gün isə həmin gülüşləri bizə bəxş edənlərin gülüşləri xatirələrimizdə canlanır. Ancaq sevilən biri xatirələrdə və qəlbdə yaşadıqca ruhən dünyanın o üzünə - ölümlü üzünə keçmir.

Əsrlərdir sevgi fərqli əsər və fikirlərlə ifadə edilir. Bəs, onlar bizə sevgini öyrədə bilərmi? Xeyr, əlbəttə. Onlarla həmin duyğunun sadəcə bir qismini duya bilərik. Bu duyğunu bizə öyrədən isə ailəmiz olur. Onlar təbiəti, vətəni, bir sözlə bütün dünyanı sevməyi anladır.

Bütün bu sevgiləri duymaq üçün insan sevməyi bacarmaq lazım olduğunu hiss etdirir. Sevginin dilini də ana dili kimi anamızdan öyrənirik. O, bunu bizə izah etmir. Dil açanda valideynlərimizdən eşidib təkrarladığımız sözlər kimi dərk edirik ən ülvi hissləri də.

Bəzən isə sadəcə səslər eşidilir. Sevgisiz duyulan bu səslərin heç biri cümləyə çevrilmir, yarımçıq qalır. Lakin səslərdə sevgi duyulduqca, onlar nəinki cümləyə, hətta bir əsərə çevrilir bizim üçün.

Bəlkə də, ən böyük şansdır sevginin təsəvvürü ilə deyil, təsviri ilə böyümək. Bu təsvirin günəşini cismən itirdikdən sonra canlandırmaq həm ağrılı, həm də xoşdur.

Həmin təsvirin mənzərələrini qısa şəkildə belə ifadə edə bilərəm: Sevgi ən unutqan adamın günəşi adlandırdığı sevdiyi ilə bağlı heç bir anı unutmamaqdır. Sevgi həyatın rəngini sadəcə bir günəşdən almaqdır.

“Günəş qız” deyə anmaqdır: "Renkler vardı, sesler, şarkılar vardı, şimdi hiç renk yok".

Bu hekayədə günəş sönmür, ulduza çevrilir. Axı “ölməzlik məhəbbət zirvəsindədir”...

Günel Natiqqızı,

AYNA üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Fevral 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri