Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Orqan transplantasiyası müasir tibbin insan həyatını xilas edən ən mühüm nailiyyətlərindən biridir.
Eyni zamanda, bu məsələ həm tibbi, həm hüquqi, həm də mənəvi baxımdan çox müzakirə olunur.
Dünyanın bir çox ölkəsində orqan donorluğu və transplantasiya ilə bağlı geniş təcrübə formalaşsa da, Azərbaycanda bu prosesin inkişafı hələ bir sıra çətinliklərlə üz-üzədir.
Donor çatışmazlığı, cəmiyyətin dini və mental baxışları, qanunvericilikdəki boşluqlar, eləcə də ictimai məlumatsızlıq bu mövzunun aktuallığını daha da artırır.
Orqan transplantasiyası beynəlxalq təcrübədə Türkiyə təcrübəsində hazırda "opt-in" modeli ("optional in" - seçim əsasında daxil olmaq, razılıq vermək - red.) istifadə edilir.
Bu o deməkdir ki, yalnız şəxsin könüllü şəkildə razılığı olduqda və ya ailə üzvləri razılıq verdikdə donorluq mümkündür.
Buna baxmayaraq, ölkədə donor kartı sistemi və geniş maarifləndirmə kampaniyaları prosesi xeyli gücləndirib.