“Ölüm anında görünən uşıq: elm və şüurun sərhədindəki sirr“ Elmi araşdırma | Icma.az
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ölüm anında beyinin yaratdığı "tunelin sonundakı işıq" insan şüurunun son parıltısı kimi ortaya çıxır..." Ölümün bir addımlığında insanların gördüyü "tunelin sonundakı işıq" illərlə mif kimi qalsa da, əslində minlərlə kliniki ölüm hadisəsində qeydə alınmış real təcrübələrin ümumi təsviridir.
Moderator.az xəbər verir ki, bu barədə "kokl.ua" nəşri yazıb.
Fenomenin mahiyyəti: beynin son parıltısı Nəşr yazır ki, kliniki ölüm keçirən insanlar qaranlıq bir dəhlizdən sanki yüngülləşmiş halda parlaq bir nöqtəyə doğru çəkildiklərini bildirir.
Elm bu görüntüləri beyinin kritik stres anında, xüsusən oksigen çatışmazlığı zamanı göstərdiyi son fəaliyyətlərlə izah edir.
Hipoksiya başlayanda görmə korteksində periferik sahələr tədricən "sönür", mərkəzi hissə isə parlaq işıq kimi qavranır.
Bu zaman hormonların, xüsusən endorfinlərin yüksəlişi insana xoş bir rahatlıq, istilik və təhlükəsizlik hissi verir.
Bir çox xəstə bunu "bədənimdən ayrılmış kimi oldum" sözləri ilə təsvir edir.
Tam oxu
Xəbəri oxu