Ölüm haqqında VASİF İSMAYIL YAZIR | Icma.az
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hələ də insanın heç ölməyəcək kimi yaşamaq istəyi olduğuna inanaraq yazıram.
Neçə dəfə soruşdum, birində mənə görə dəqiq cavab aldım: ölüm arzulanarmı?
Biri dedi: Doktor, yaşlandıqca ətrafın boşalır, tək qalırsan və sən də getmək istəyirsən. Ölüm demədi, getmək dedi.
Anam xəstəxanadaykən komada öldü. Mənə sadəcə zəng edib xəbər verdilər. Amma atamın ölümü gözümün qarşısında oldu.
Bir gün o səhnəni hansısa kitabımda yazacam. Həyatda olan qardaşları yarımay şəklində qabağında fərəqətdə durmuşdular.
Bir qardaşım Dubayda idi, o birisi isə yanımda. Əli ilə məni çağırdı. Boynumdan öpdü. Çoxlu-çoxlu.
Düzgün nəfəs ala bilmirdi deyə dodaqlarını birləşdirmirdi. Eləcə toxundururdu. O sırada ağlamadım.
Tam oxu
Xəbəri oxu