Icma.az
close
up
RU
Ölüm haqqında VASİF İSMAYIL YAZIR

Ölüm haqqında VASİF İSMAYIL YAZIR

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hələ də insanın heç ölməyəcək kimi yaşamaq istəyi olduğuna inanaraq yazıram. Neçə dəfə soruşdum, birində mənə görə dəqiq cavab aldım: ölüm arzulanarmı?

Biri dedi: Doktor, yaşlandıqca ətrafın boşalır, tək qalırsan və sən də getmək istəyirsən.

Ölüm demədi, getmək dedi.

Anam xəstəxanadaykən komada öldü. Mənə sadəcə zəng edib xəbər verdilər. Amma atamın ölümü gözümün qarşısında oldu. Bir gün o səhnəni hansısa kitabımda yazacam.

Həyatda olan qardaşları yarımay şəklində qabağında fərəqətdə durmuşdular. Bir qardaşım Dubayda idi, o birisi isə yanımda. Əli ilə məni çağırdı. Boynumdan öpdü. Çoxlu-çoxlu. Düzgün nəfəs ala bilmirdi deyə dodaqlarını birləşdirmirdi. Eləcə toxundururdu.

O sırada ağlamadım. Beşinci mərtəbədən Güləndam xalanın oğlu Elsəvəri çağırdım, “Yasin” oxudu. Atam sakitləşdi.

Son nəfəs öləndən yarım saat sonra verilir. Artıq ölmüş bir insan dərindən “Ahhhhhh” çəkir sanki. Ağciyəri boşalır.

O zamana qədər ağlamamışdım. O sırada ağladım.

Atama bir dəfə ağladım, anama iki il…. İki il…

Keçən dəfə statusun altında bir dostum soruşdu, əcdadlarımızı niyə araşdırırıq deyə. Araşdırmayaq mənasında yəni, mənasız işdir kimi…

Mən isə xatırlanan insanların hələ də yaşadığını düşünürəm.

İnsan onu xatırlayan axırıncı insan öləndə ölür əslində.

Ata ölümünü internet məkanında ən yaxşı Fatih Altaylı anladıb. Onun da atası insultdan ölüb. Mənim atam kimi.

Komada olan atasına bir axşam gəlib “Ata, sən, gedə bilərsən, anama mən baxaram” deyib və o gecə atası ölüb.

Şənbə günüdür. Əylənməyə getmədən əvvəl ölənləriizi xatırlayıb, sonra gedin kef eləyin.

Ölənlə ölünməz!

Vasif İsmayıl

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri