Icma.az bildirir, Adelet.az portalına istinadən. Bəlkə də o anadan olanda heç kəsin ağlına da gəlməzdi ki, bu körpə bütün qarabağlıların , b
Axı yeddi bacıdan sonra dünyaya gələn ilk oğul övladıydı. Bir dəstə qızın içində böyümək, amma əsil kişi kimi böyümək də hər oğlanın işi dey
Allahverdinin ayağı sayalı oldu. Sonra igidliyi ilə ondan geri qalmayan qardaşı Eldar, daha sonra Əmir doğuldu.
Teymur ata , Zümrüd ana inanmazdılar ki, qız övladlarıyla sevgi fərqi qoymadıqları bu üç qardaş zaman gələcək ümid yeri, pənah qapısı, qəhrəmanlıq nümunəsi olacaq.
Hələ zaman axımı olmalıydı, dünya nehrə kimi çalxanmalı, oğuz elləri ağır imtahana çəkməliydi.
Bax, o günə hələ xeyli vardı...Hələlik zaman o zaman idi. 1946-cı ilin aprel ayının 22-si...
Teymur kişinin möcüzə bildiyi, Allah vergisi kimi duyduğu, bu səbəbdən də adını Allahverdi qoyduğu övladı doğulur.
Allahverdi orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alır.Qoçaq idmançı, dürüst məşqçi...İdmana böyük həvəsi məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olur.