Icma.az
close
up
RU
Ölümü ilə əfsanələşən igid: Allahverdi Bağırov

Ölümü ilə əfsanələşən igid: Allahverdi Bağırov

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Bəlkə də o anadan olanda heç kəsin ağlına da gəlməzdi ki, bu körpə bütün qarabağlıların , bütün Azərbaycanın fəxr edəcəyi bir igid olacaq. Axı yeddi bacıdan sonra dünyaya gələn ilk oğul övladıydı. Bir dəstə qızın içində böyümək, amma əsil kişi kimi böyümək də hər oğlanın işi deyildi. Allahverdinin ayağı sayalı oldu. Sonra igidliyi ilə ondan geri qalmayan qardaşı Eldar, daha sonra Əmir doğuldu. Teymur ata , Zümrüd ana inanmazdılar ki, qız övladlarıyla sevgi fərqi qoymadıqları bu üç qardaş zaman gələcək ümid yeri, pənah qapısı, qəhrəmanlıq nümunəsi olacaq. Hələ zaman axımı olmalıydı, dünya nehrə kimi çalxanmalı, oğuz elləri ağır imtahana çəkməliydi. Bax, o günə hələ xeyli vardı...

Hələlik zaman o zaman idi. 1946-cı ilin aprel ayının 22-si... Teymur kişinin möcüzə bildiyi, Allah vergisi kimi duyduğu, bu səbəbdən də adını Allahverdi qoyduğu övladı doğulur. Allahverdi orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alır.

Qoçaq idmançı, dürüst məşqçi...

İdmana böyük həvəsi məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olur. O, həmdə, Qarabağ Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük əməyi olur. Getdikcə ətrafındakılarda bu qara, şirin, amma ciddi, zəhmli oğlanın doğrudan da Allah vergisi olduğuna inanmağa başlayırlar.

Keçmiş futbolçu Müşfiq Hüseynovun xatirəsi:"İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizə həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də O, futbolçulara gözəl bir örnək idi."

Zəhmli, zarafatçıl  komandir…

O, gənc yaşlarından çox cəsarətli, qorxmaz, sözübütöv və haqsızlığa dözməyən adam idi. Ona görə də, "davakar” adı da qazanmışdı. Ən xırda bir haqsızlığa susa bilmirdi, etirazını bildirirdi.Bu səbəbdəndə ermənilərin haqsız tələbinə laqeyd qala bilməzdi.

Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə- Vətən oğulları batalyonuna Allahverdi Bağırov rəhbərlik edir. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edir. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşur.

Oğlu  Elşən Bağırovun xatirəsi: Döyüşlər getdiyi vaxt çağrıda bizim bölüyə "Zümrüd 26” adı vermişdilər. Qəfil çağırdılar. Atam onda dedi ki, onlar kimi çağırırlar. Dedim bizi. Sonra zaraftla bildirdi ki, ədə, niyə çağrıya mənim nənəmin adını qoyublar, öz nənələrinin adını qoyaydılar da....

Vətənpərvər, insansevər…

O, Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verir. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edir, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirlərini təhvil alır.

Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyevin söylədikləri:" Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar. "

Məhz Allahverdi Bağırovun erməni komandir Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin məlum görüntülərini lentə alması mümkün olur.

Bağırov ermənilərdən alınmış əsirləri avtobusla getirib, sahiblərinə təhvil verir. Şəhidləri isə Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırır, Məlumata görə, təkcə Qazançı kəndindən olan üç erməni meyidinə 22 adamımızı dəyişdirə bilir...

Bacısı Almaz Bağırovanın xatirəsi: Univermağın müdiri deyib ki, qalın ağ var. Verim? Allahverdi deyib ki, sən qıyarsan oğlunu o qalın ağda dəfn etsinlər?! O belə vətənpərvər, belə insansevər idi. Onun bəyəm imkanı yox idi. O guya cəbhədən yayına bilməzdi? Neçə restoranı, neçə dükani var idi. Koorperativi var idi. Amma etmədi.

Şəhid! Qəhrəman!

Ən böyük hərbi uğuru 1992-ci il 12 iyunda Aranzəmin, Naxçivanlı kəndi döyüşlərində olur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilir, döyüşçülər Əsgəran qalasına qədər irəliləyir, Pircamal kəndindəki bütün yüksəkliklər tutulur, Kətük kəndi ilə üzbəüz mövqe qurulur.

2015-ci ildə telejurnalist Nadejda İsmayılovanın verdiyi müsahibədən:

" Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndərləyib yıxılacaq. Heç kim bilmirdi ki, o nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı. Qəfildən gedib postları yoxlayırdı, Ağdamı qoruyan uşaqların ayıq-sayıq olmaları üçün tapşırıqlar verirdi. Bir də görürdün ki, əlinə bir dəfə də tüfəng götürməyən müdafiəçiləri silahla davranmağı öyrədir. Allahverdi Əsgərəna - döyüşlərin ən qızğın mərkəzinə gedib oradan ermənilərdən ya ölümüzü, ya dirimizi alıb gətirirdi. Bu erməni silahlı əsgərləri ilə qarşılaşmanın hər dəqiqəsində ölüm var idi…”

Qeyd edək ki, bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olur. Ailəli idi, bir oğlu iki qızı var.

P.S. Allahın vergisi- Allahverdi Bağırov kimi mükəmməl şəxsiyyətlər Azərbaycan xalqının milli sərvətidi, dəyərli nümunəsidir. Onları unutsaq, hər gün yad etməsək, onlara bənzər övladlar yetişdirməsək, Allah bizi cəzalandırar! Həm də, sərt cəzalandırar! Alar əlimizdən milli sərvətlərimizi, dəyərli nümunələrimizi, itələyər bizi dibi görünməyən bir uçurumun içərisinə! Allahın qəzəbinə gəlmədən belə oğulları sevin, fəxr edin, onlara oxşamağa çalışın!

Əntiqə Rəşid

(Yazarın arxivindən)

22-04-2023

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Aprel 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri