Ömar kubokunun qalibləri müəyyənləşib

12.10.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Konkur üzrə “Omar” kuboku uğrunda yarışlar keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan da 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayışa vəsiqə əldə edib. Təkrar yarışlarda Anar Hümbətov “Zirvə” atı ilə yarışların qalibi və baş kubokunu qazanıb. O, “Məğrur” atı ilə də yarışıb və 3-cü nəticə göstərib. Cahangir Novruzbəylinin “Naxış” atı ilə 2-ci olduğı kateqoriyada 4-cü yeri “Parlaq” atı ilə Seyid Musayev, 5-ci yeri isə “Fine Chocolate” ləğəbli atla Valeriya Roşenko tutub.

Hündürlüyü 130-135 sm olan maneələrin dəf edilməsi üzrə M* klass yarışlarında starta 7 konkurçu çıxıb. İlkin mərhələnin yekununa görə Anar Hümbətovun “Zirvə” atı 3-cü yeri tutub. Seyid Musayevin “Zidane D” və Kənan Novruzovun “Miss Baloubet MNM” atı finalda gərgin mübarizə ilə yadda qalıblar. Kənan son sıçrayışda ardıcıl 2 maneəni aşıraraq qələbəni əldən verib və ikinciliklə barışıb. Bu kateqoriyada qalib adını Seyid  Musayev qazanıb.

Qabil YUSİFOĞLU
XQ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью