Ömar kubokunun qalibləri müəyyənləşib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Konkur üzrə “Omar” kuboku uğrunda yarışlar keçirilib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə hündürlüyü 105-110 sm olan maneələrin dəf edilməsi üzrə L klass yarışlarında starta 19 atlı çıxıb. Onlardan da 11-i maneələri cərimə balı olmadan dəf edərək təkrar sıçrayışa vəsiqə əldə edib. Təkrar yarışlarda Anar Hümbətov “Zirvə” atı ilə yarışların qalibi və baş kubokunu qazanıb. O, “Məğrur” atı ilə də yarışıb və 3-cü nəticə göstərib. Cahangir Novruzbəylinin “Naxış” atı ilə 2-ci olduğı kateqoriyada 4-cü yeri “Parlaq” atı ilə Seyid Musayev, 5-ci yeri isə “Fine Chocolate” ləğəbli atla Valeriya Roşenko tutub.
Hündürlüyü 130-135 sm olan maneələrin dəf edilməsi üzrə M* klass yarışlarında starta 7 konkurçu çıxıb. İlkin mərhələnin yekununa görə Anar Hümbətovun “Zirvə” atı 3-cü yeri tutub. Seyid Musayevin “Zidane D” və Kənan Novruzovun “Miss Baloubet MNM” atı finalda gərgin mübarizə ilə yadda qalıblar. Kənan son sıçrayışda ardıcıl 2 maneəni aşıraraq qələbəni əldən verib və ikinciliklə barışıb. Bu kateqoriyada qalib adını Seyid Musayev qazanıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 12 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















