Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və
Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, infotur zamanı gənclərə insan hüquq və azadlıqlarının mahiyyəti, Azərbaycanda insan hüquqlarının təmini istiqamətində aparılmış hüquqi islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, gənclər Ombudsman Aparatının strukturu, vətəndaşların müraciətlərinə operativ cavab verən çağrı mərkəzinin fəaliyyəti, müasir standartlara uyğun qurulmuş vətəndaşların qəbul mərkəzində yaradılan şərait, sosial şəbəkələr vasitəsilə müraciətlərin qəbulu imkanları və innovativ yanaşmalar əsasında həyata keçirilən digər istiqamətlər barədə ətraflı məlumatlandırılıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara təhsil həyatında uğurlar arzulanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.