Ombudsman Aparatında infotur təşkil olunub FOTO
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari ildə Nizami rayonu üzrə yüksək bal toplayan abituriyentlərin və ictimai fəal gənclərin “Müvəkkillik Missiyası: Hüququnu bilən gənc suveren və güclü Azərbaycanın təminatıdır” layihəsi çərçivəsində Ombudsman Aparatına infotur təşkil olunub. Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, infotur zamanı gənclərə insan hüquq və azadlıqlarının mahiyyəti, Azərbaycanda insan hüquqlarının təmini istiqamətində aparılmış hüquqi islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, gənclər Ombudsman Aparatının strukturu, vətəndaşların müraciətlərinə operativ cavab verən çağrı mərkəzinin fəaliyyəti, müasir standartlara uyğun qurulmuş vətəndaşların qəbul mərkəzində yaradılan şərait, sosial şəbəkələr vasitəsilə müraciətlərin qəbulu imkanları və innovativ yanaşmalar əsasında həyata keçirilən digər istiqamətlər barədə ətraflı məlumatlandırılıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara təhsil həyatında uğurlar arzulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 05 Sentyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















