Ömər aşırımı ağ örpəyə büründü

12.12.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazi ağ örpəyə bürünüb.

"Unikal"ın  məlumatına görə, bu gün axşam saatlarından qərb  bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Nəticədə saat 19 radələrindən başlayaraq Ömər aşırımına qar yağıb.

Yağan qarın hündürlüyü 10-15  santimetrə çatır.Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki,bu gündən ölkə ərazisində  hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Məlumata görə, ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью