Ömər aşırımı ağ örpəyə büründü
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazi ağ örpəyə bürünüb.
"Unikal"ın məlumatına görə, bu gün axşam saatlarından qərb bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Nəticədə saat 19 radələrindən başlayaraq Ömər aşırımına qar yağıb.
Yağan qarın hündürlüyü 10-15 santimetrə çatır.Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki,bu gündən ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Məlumata görə, ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Baxış sayı:73
Bu xəbər 12 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















