ÖMRÜMÜN BİOQRAFİK ESSESİ... | Icma.az
Icma.az, Hurriyyet saytına istinadən bildirir. Mən – Qəvami Sadıqbəyli (Həmzəyev Qəvami Sadıq oğlu) – 20 iyun 1955-ci ildə Azərbaycanın qədi
1963-cü ildən Bakıətrafında yerləşən Mehdiabad qəsəbəsində yaşamışam.
1973-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, həmin il M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) əyani şöbəsinə qəbul olunmuş, 1978-ci ildə “Dağ mühəndisi” ixtisası üzrə ali təhsil almışam.
Əmək fəaliyyətim Özbəkistanın yeraltı qızıl mədənlərində başlayıb.
Daha sonra müxtəlif illərdə Bakı Metropolitenində, Azərbaycan Dəmir Yolu İdarəsində, “Azərkimya”da, Əlvan Metallar Zavodunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifələrdə çalışmışam.
Eyni zamanda, Moskvada, Sankt-Peterburqda və Azərbaycan Nazirlər Soveti yanında İdarəetmə İnstitutlarında ixtisasartırma təhsili almışam.
1988-ci ildən etibarən ölkədə baş qaldıran Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olmuş ; Azərbaycanın Azadlıq mübarizəsinə qoşulmuşam.
1990-cı illərin əvvəllərindən bu günədək jurnalist və politoloq kimi ictimai rəyə təsir göstərən analitik yazılar, məqalələr, oçerklər və şeirlər müəllifi olmuşam.
Tam oxu
Xəbəri oxu