Icma.az
close
up
RU
ÖMRÜMÜN BİOQRAFİK ESSESİ...

ÖMRÜMÜN BİOQRAFİK ESSESİ...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Mən – Qəvami Sadıqbəyli (Həmzəyev Qəvami Sadıq oğlu) – 20 iyun 1955-ci ildə Azərbaycanın qədim və zəngin tarixi olan Gəncə şəhərində doğulmuşam. 1963-cü ildən Bakıətrafında yerləşən  Mehdiabad qəsəbəsində yaşamışam. 1973-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, həmin il M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) əyani şöbəsinə qəbul olunmuş, 1978-ci ildə “Dağ mühəndisi” ixtisası üzrə ali təhsil almışam.

 Əmək fəaliyyətim Özbəkistanın yeraltı qızıl mədənlərində başlayıb. Daha sonra müxtəlif illərdə Bakı Metropolitenində, Azərbaycan Dəmir Yolu İdarəsində, “Azərkimya”da, Əlvan Metallar Zavodunda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifələrdə çalışmışam.
  Eyni zamanda, Moskvada, Sankt-Peterburqda və Azərbaycan Nazirlər Soveti yanında İdarəetmə İnstitutlarında ixtisasartırma təhsili almışam.

1988-ci ildən etibarən ölkədə baş qaldıran Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olmuş ; Azərbaycanın Azadlıq  mübarizəsinə  qoşulmuşam. 

1990-cı illərin əvvəllərindən bu günədək jurnalist və politoloq kimi ictimai rəyə təsir göstərən analitik yazılar, məqalələr, oçerklər və şeirlər müəllifi olmuşam. 1000-dən artıq məqaləm müxtəlif qəzet və jurnallarda çap olunmuş, Azərbaycanda ,  regionda və dünyada  baş verən ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuşdur. 

2025-ci ilin 20 iyun tarixində 70 yaşım tamam oldu. Lakin uzun illər jurnalist-politoloq kimi fəaliyyət göstərməyimə baxmayaraq, Azərbaycan milli mətbuatının 150 illik yubileyi qeyd edilərkən, güvəndiyim bəzi dostlar tərəfindən unudulmağım mənim üçün mənəvi sınaq oldu. Bu hadisə məni incitsə də, ruhdan salmadı. Çünki bilirəm ki :  insan üçün ən önəmlisi onun Allah və vicdan qarşısında ləyaqətlə dayanmasıdır.

Bugün – 22 iyul 2025-ci il tarixində – həyatın və zamanın qarşıma çıxardığı haqsızlıqlara baxmayaraq, yenə də eyni mövqedəyəm:
Sülh, haqq və ədalət uğrunda mübarizəmə davam edirəm.
Güvəndiyim dostlara isə yalnız can sağlığı və mənəvi dirilik arzulayıram.

Həyat yolum əzablı olsa da, düşüncələrim saf, məqsədim aydındır :
İnsanlara sevgi və mərhəmət aşılamaq, cəmiyyətin mənəvi sağlamlığına töhfə vermək, zəiflərin, haqsızlığa məruz qalanların səsini eşitdirmək – bu mənim missiyamdır.

Mən heç vaxt susmadım. Və susmayacağam.

Qəvami SADIQBƏYLİ
22 iyul 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri