Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Cümhuriyət"in “Azərbaycanlı olmayan azərbaycanlılar” rubrikasının budəfəki qonağı həm doğma, həm yad, amma içimizdən, bizlərdən biridir.
Həm türkdür, həm qafqazlı, həm də azərbaycanlı- “Mixaylo”, yəni Nodar Şaşıqoğludur.
Səhnəyə türk döyüşçüsü kimi çıxıb, teatrı, evi və qadınları bir çamadana sığdırıb tərk edən Nodar Şaşıqoğlu- azərbaycanlı olmayan azərbaycanlı, Acarstanda doğulan, Bakının səhnəsində yaşayan bu aktyor haqqında danışacağıq.
Elə bir ailədə doğuldu ki... Nodar Şaşıqoğlu 1927-ci il martın 13-də Batumidə, acar əsilli bir ailədə dünyaya gəlib.
Babası Acarıstanda tanınmış zadəganlardan biri olub. Atası İzzət Şaşıqoğlu, çar zabiti olub, rus-türk müharibəsində iştirak edib və birinci
O, Rusiya vətəndaş müharibəsi dövründə nə “qırmızıların”, nə də “ağların” tərəfində durmuşdu.
Elə bu da Stalin repressiyası dövründə onu repressiyadan qoruyan əsas səbəblərdən biri olub. Nodarın ailəsi əslində çoxmillətli idi.