Icma.az, Sia Az portalına istinadən məlumat yayır. "Bilik almaq həqiqətən də getdikcə daha bahalı prosesə çevrilir.
Bunun əsas səbəbi çağdaş dünyanın söykəndiyi texnoloji yeniliklər, qlobal dəyərlərdir.
XVII-XVIII əsrlərdə, eləcə də XIX-XX əsrlərdə bir il ərzində həyata keçirilən elmi yeniliklər indi yalnız bir neçə gün ərzində, bəlkə daha da tez şəkildə gerçəkləşir".
Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.
Onun sözlərinə görə, süni intellekt gələcəyin bütün mənzərəsini öz əlində cəmləyir: "Belə olan surətdə isə təbii ki, təhsilə sərf olunan yatırımın da dəyəri artacaqdır.
Çünki bugünün təhsil tələbi həddindən artıq böyükdür və onlar gələcəyin elmi tərəqqisini, iqtisadi balansını təmin edəcəklər.
Biz indidən XXI əsrin təhsil xərclərini problem kimi dəyərləndirməyək.
Problemin əsl mahiyyəti həmin xərclərin faydalılıq xassəsinin zəifliyidir ki, bu da tamam başqa mövzudur.