Icma.az
close
up
RU
Ömür boyu təhsil almağın iqtisadi yükü nədən ibarətdir? EKSPERT RƏYİ

Ömür boyu təhsil almağın iqtisadi yükü nədən ibarətdir? EKSPERT RƏYİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Bilik almaq həqiqətən də getdikcə daha bahalı prosesə çevrilir. Bunun əsas səbəbi çağdaş dünyanın söykəndiyi texnoloji yeniliklər, qlobal dəyərlərdir. XVII-XVIII əsrlərdə, eləcə də XIX-XX əsrlərdə bir il ərzində həyata keçirilən elmi yeniliklər indi yalnız bir neçə gün ərzində, bəlkə daha da tez şəkildə gerçəkləşir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti, STM əməkdaşı Elmin Nuri deyib.

Onun sözlərinə görə, süni intellekt gələcəyin bütün mənzərəsini öz əlində cəmləyir: "Belə olan surətdə isə təbii ki, təhsilə sərf olunan yatırımın da dəyəri artacaqdır. Çünki bugünün təhsil tələbi həddindən artıq böyükdür və onlar gələcəyin elmi tərəqqisini, iqtisadi balansını təmin edəcəklər. Biz indidən XXI əsrin təhsil xərclərini problem kimi dəyərləndirməyək. Problemin əsl mahiyyəti həmin xərclərin faydalılıq xassəsinin zəifliyidir ki, bu da tamam başqa mövzudur.

Bilik üzərində qurulan iqtisadi modellər, qazanc mexanizmi bəlkə də başqa yatırımlardan daha az zərərli və ya ümumiyyətlə itkisiz olacaqdır. Doğrudur, burada iqtisadi reallığı, cəmiyyətdəki sosial rifahla o cəmiyyətdə təhsilə ayrılan maliyyə arasındakı əlaqəlilik mütləq olmalıdır. amma bunu da qeyd edək ki, təhsilə, biliyiə qoyulacaq sağlam yatırım və bunun sayəsində proseslərin müsbətə yönəlik dəyişimi, həm də gələcək sosial rifah üçün bir göstəricidir".

Ekspert bildirir ki, biz indidən ömürboyu təhsil ideyasını bilik bazarının layihəsi kimi qiymətləndirə bilmərik: "Ən azından ona görə ki, bu metod hələ bizdə işlək deyil. Lakin dünyanın bir çox ölkələrində təhsili cəmiyyətin əsas vurucu qüvvəsinə çevirən "lifelong education"-yəni, ömürboyu təhsil ideyası artıq tətbiq olunub və yüksək səviyyədə həyata keçirilir. Ömürboyu təhsil ideyası uzun illər orta əsrlərdə məhz Şərq düşüncəsinin məhsulu olub. Biz də həmin düşüncənin ən öndəgedən toplumlarından biri olaraq məsələni təqdir etməliyik. Bugün ömürboyu təhsil yanaşmasının tətbiq olunduğu cəmiyyət həqiqətən də sabahına yüksək amallar pəncərəsindən baxa bilər. Çünki bu cəmiyyətdə hər kəs oxumaq, kitab, təhsil haqqında düşüncələrlə məşğuldur. Təhsil, bilik gələcək iqtisadi rifahın əsas silahlarındadır. Odur ki, bugün biliyə edilən yatırım summasından asılı olmayaraq problem kimi yox, perspektiv kimi də dəyərləndirilməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri