On nəfərdən səkkizində olan asılılıq Əsrin bəlası | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Telefonu bir anlıq yerə qoyanda daxilinizdə bu hissləri keçirirsinizsə, təhlükə artıq qapıdadır.Demokrat.az xəbər verir ki, bunu rusiyalı klinik psixoloq Darya Yauşeva deyib.
Onun fikrincə yuxu rejimin pozulması və səbəbsiz əsəbilik halı müasir dövrün ən böyük bəlası olan onlayn asılılığın əsas xəbərçisi hesab olunur.Psixoloq Darya Yauşeva virtual asılılığın insanın həyat keyfiyyətini necə aşağı saldığı və rəqəmsal gigiyenanı qorumağın yolları barədə geniş məlumat verib.
O bildirib ki, hər hansı asılılığın ən böyük göstəricisi onun insanın real həyatındakı digər vacib sahələri sıxışdırıb çıxarmasıdır.Ekspertin sözlərinə görə, əgər şəxs telefondan və ya internetdən uzaq qaldıqda daxili narahatlıq, həyəcan və kəskin əhval dəyişikliyi yaşayırsa, bu, artıq psixoloji asılılığın bir formasıdır.
Fiziki simptomlar arasında isə yuxusuzluqla yanaşı, ürək döyüntülərinin artması və hətta şəxsi gigiyenaya qarşı laqeydlik də müşahidə oluna bilər.
Yauşeva vurğulayıb ki, asılılıqdan əziyyət çəkən şəxslər cari işlərindən tamamilə uzaqlaşaraq, hətta vacib anlarda belə gözlərini ekrandan ayıra bilmirlər.Bu problemin həlli üçün ekspert ilk növbədə internetdə keçirilən vaxta nəzarət etməyi və iş saatları ilə şəxsi vaxt arasında kəskin sərhəd qoymağı məsləhət görür.
Virtual ünsiyyəti real görüşlərlə əvəz etmək beynin dincəlməsinə və asılılıq döngəsindən çıxmasına kömək edir.
Əgər fərd öz iradəsi ilə bu vərdişdən əl çəkə bilmirsə, mütləq peşəkar psixoloji yardım almalıdır.Müasir dünyada texnologiyadan tamamilə imtina etmək qeyri-mümkün olsa da, ondan istifadə limitini müəyyənləşdirmək insanın həm ruhi, həm də fiziki sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir.
Tam oxu
Xəbəri oxu