Icma.az
close
up
RU
On nəfərdən səkkizində olan asılılıq Əsrin bəlası

On nəfərdən səkkizində olan asılılıq Əsrin bəlası

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Telefonu bir anlıq yerə qoyanda daxilinizdə bu hissləri keçirirsinizsə, təhlükə artıq qapıdadır.
Demokrat.az xəbər verir ki, bunu rusiyalı klinik psixoloq Darya Yauşeva deyib. Onun fikrincə yuxu rejimin pozulması və səbəbsiz əsəbilik halı müasir dövrün ən böyük bəlası olan onlayn asılılığın əsas xəbərçisi hesab olunur.
Psixoloq Darya Yauşeva virtual asılılığın insanın həyat keyfiyyətini necə aşağı saldığı və rəqəmsal gigiyenanı qorumağın yolları barədə geniş məlumat verib. O bildirib ki, hər hansı asılılığın ən böyük göstəricisi onun insanın real həyatındakı digər vacib sahələri sıxışdırıb çıxarmasıdır.
Ekspertin sözlərinə görə, əgər şəxs telefondan və ya internetdən uzaq qaldıqda daxili narahatlıq, həyəcan və kəskin əhval dəyişikliyi yaşayırsa, bu, artıq psixoloji asılılığın bir formasıdır. Fiziki simptomlar arasında isə yuxusuzluqla yanaşı, ürək döyüntülərinin artması və hətta şəxsi gigiyenaya qarşı laqeydlik də müşahidə oluna bilər. Yauşeva vurğulayıb ki, asılılıqdan əziyyət çəkən şəxslər cari işlərindən tamamilə uzaqlaşaraq, hətta vacib anlarda belə gözlərini ekrandan ayıra bilmirlər.
Bu problemin həlli üçün ekspert ilk növbədə internetdə keçirilən vaxta nəzarət etməyi və iş saatları ilə şəxsi vaxt arasında kəskin sərhəd qoymağı məsləhət görür. Virtual ünsiyyəti real görüşlərlə əvəz etmək beynin dincəlməsinə və asılılıq döngəsindən çıxmasına kömək edir. Əgər fərd öz iradəsi ilə bu vərdişdən əl çəkə bilmirsə, mütləq peşəkar psixoloji yardım almalıdır.
Müasir dünyada texnologiyadan tamamilə imtina etmək qeyri-mümkün olsa da, ondan istifadə limitini müəyyənləşdirmək insanın həm ruhi, həm də fiziki sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Rəqəmsal dünya real həyatın dadını və səmimiyyətini əvəz etdikdə, bu, fərdin cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır.
Kənan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 07:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri