“Ona atəş açıb öldürməli idilər?” Paşinyan azərbaycanlı çobandan danışıb

22.10.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində aşkarlanan azərbaycanlı çobanın saxlanılması və Azərbaycana təhvil verilməsi ilə bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 22-də hökumətin iclasından sonra keçirilən ənənəvi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlərdən birinin azərbaycanlı çobanın Ermənistanda saxlanılması ilə bağlı sualına cavab verən baş nazir belə deyib: “Ona atəş açıb öldürməli idilər?”
Paşinyan bildirib ki, çoban saxlanılaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur”, – deyə Ermənistanın baş naziri qeyd edib.
Paşinyan, həmçinin çobanın Azərbaycan tərəfinə təhvil verildiyini bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью