“Ona atəş açıb öldürməli idilər?” Paşinyan azərbaycanlı çobandan danışıb
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində aşkarlanan azərbaycanlı çobanın saxlanılması və Azərbaycana təhvil verilməsi ilə bağlı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, Paşinyan bu barədə oktyabrın 22-də hökumətin iclasından sonra keçirilən ənənəvi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlərdən birinin azərbaycanlı çobanın Ermənistanda saxlanılması ilə bağlı sualına cavab verən baş nazir belə deyib: “Ona atəş açıb öldürməli idilər?”
Paşinyan bildirib ki, çoban saxlanılaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur”, – deyə Ermənistanın baş naziri qeyd edib.
Paşinyan, həmçinin çobanın Azərbaycan tərəfinə təhvil verildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:Atəş açıb öldürməli idilər? Paşinyan Tovuzda sərhədi keçən şəxsdən danışdı
22 Oktyabr 2026 14:46
Paşinyan azərbaycanlı çobandan danışdı KONKRET
22 Oktyabr 2026 14:09
Mirzoyan Ermənistana keçən çobandan danışdı
21 Oktyabr 2026 17:06
Serbiya prezidenti: Məni öldürməli olacaqlar, başqa cür alınmayacaq
11 Mart 2025 02:25
Keçi otaran çobandan maraqlı kəşf İnsanları xoşbəxt etdi FOTOLAR
23 Dekabr 2024 23:55
Baxış sayı:83
Bu xəbər 22 Oktyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















